Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Tural İsmayılov Prezident İlham Əliyevin Davos səfərinin əhəmiyyəti haqqında fikirlərini bölüşərkən bildirib:
“Hər il Prezident İlham Əliyev Davos formunda xüsusi qonaq qismində iştirak edir. Özəlliklə Azərbaycanın öz torpaqlarını işğaldan azad etməyi faktorundan sonra ölkəmizin beynəlxalq münasibətlər sistemində mövqeləri kifayət qədər güclənib. Davos formunda qarşı tərəflərin müraciəti əsasında Prezident İlham Əliyev həm dövlət rəhbərləri ilə səmərəli müzakirələr aparır, həm də eyni zamanda dünyanın önəmli investisiya şirkətlərinin rəhbərləri ilə görüşlərdə ölkəmizin investisiya mühiti və iqtisadi inkişaf modelləri haqqında məlumat verir. Eyni zamanda bilirik ki, Azərbaycan işğaldan azad edilmiş torpaqların iqtisadi imkanlarına görə də kifayət qədər cəlbedici və diqqət mərkəzində olan ölkədir. Özəlliklə Prezidentin Davos formunda görüşlər keçirdiyi önəmli şirkət rəhbərləri Azərbaycanın bu potensialı ilə yaxından maraqlanırlar. Həmçinin bu gün Azərbaycan önəmli geopolitik mövqelərə malikdir”.
Politoloq bildirib ki, Azərbaycanın beynəlxalq münasibətlər sistemində siyasi çəkisinin hər gün daha da inkişaf etməsi beynəlxalq aləmin xüsusi diqqətində və marağında olan bir məsələdir:
“Bu baxımdan da dövlət rəhbərləri müxtəlif görüşlərdə Azərbaycanın mövqeləri və inkişafı ilə bağlı öz fikirlərini Prezidentə bildirirlər. Davos formunda dünyanın müxtəlif ölkələrindən dövlət rəhbərləri iştirak edirlər. Düşünürəm ki, bütün bu görüşlər Azərbaycanın güclənən mövqeləri həm də yeni investisiya axınlarına şərait yaradır”.
Leyla Turan
Demokrat.az
10Sources
-
yenigundem.azAzərbaycanın Davos İqtisadi Forumunda iştirakı və fəallığı ilbəil artır – Məlahət İbrahimqızı ( 15102155)
-
olaylar.azAzərbaycan dünyanın üzləşdiyi problemlərin həllində böyük rol oynayır- ÖZƏL ( 15092855)
-
qht.azƏlilliyi olan şəxslər üçün Əmək Yarmarkası keçiriləcək ( 15090453)
-
missiya.az“İlham Əliyevin qlobal arenadakı nüfuzu kifayət qədər yüksəkdir, bunu Davos bir daha göstərdi” – Ramin Əhmədov ( 15089125)
-
olke.azDavos Forumu və Azərbaycan: Qlobal arenadakı mövqeyi gücləndirmək üçün fürsətdir ( 15077399)
-
azertag.azPrezidentin Davos görüşləri Azərbaycanın siyasi və iqtisadi nüfuzunun artdığını göstərir - Ekspert ( 15068787)
-
azertag.azDavos Forumu Azərbaycanın iqtisadi imkanlarının dünyaya təqdim edilməsi üçün unikal platformadır ŞƏRH ( 15067691)
-
azertag.azDavos Forumu Azərbaycanın regionda və dünya siyasətində böyük rola malik olduğunu təsdiqlədi ŞƏRH ( 15064777)
-
modern.az“Davos Forumu Azərbaycanın iqtisadi imkanlarını dünyaya təqdim edilməsi üçün unikal platformadır” – Mehriban Vəliyeva ( 15065017)
-
sabahinfo.azAzərbaycan dünyanın iqtisadi gündəliyinin müzakirəsində fəal iştirakı ilə diqqətdə oldu ( 15062833)