Rusiya prezidenti Vladimir Putin deyib ki, Trampın 2020-ci il seçkilərindəki qələbəsi “oğurlanmasaydı”, Ukraynadakı hazırkı “böhran” baş verməzdi.
Tramp dəfələrlə bildirib ki, 2020-ci ildə ikinci müddətə prezident seçilsəydi, Rusiya ilə Ukrayna arasında hərbi münaqişə olmayacaqdı.
Putin Trumpun bu fikri ilə razılaşdığını deyib və bildirib, əgər o, 2020-ci ildə prezident olsaydı Ukraynada yaranmış böhran baş verməzdi.
Putin bəyan edib ki, Tramp praqmatik insandır və onun ABŞ iqtisadiyyatına zərər verəcək qərarlar verəcəyi ehtimalı azdır. O, həmçinin respublikaçı liderlə görüşməyə hazır olduğunu bildirib.
“Yəqin ki, bizim bir araya gəlməyimiz daha yaxşı olardı. Mövcud reallıqlara əsaslansaq, həm ABŞ, həm də Rusiya üçün vacib olan bütün məsələlər barədə sakitcə danışa bilərik” - deyən Putin belə bir görüşün baş tutub-tutmayacağının ABŞ-ın hazırkı administrasiyasından asılı olduğunu bildirib.
TAHİR