EN

Reuters: USAID Ukraynaya dəstək layihələrini dondurub

Dondurulmuş layihələr arasında səhiyyə sahəsində yardımlar, peyvəndlər var.

Turkustan.az xəbər verir ki, ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) Ukraynaya yardımla bağlı layihələrini dayandırıb. Bu barədə departamentdəki mənbələrə istinadən Reuters agentliyi məlumat yayıb .

Onların sözlərinə görə, dondurulmuş layihələr arasında səhiyyə sahəsində yardımlar, o cümlədən uşaqların peyvənd edilməsi, eləcə də məktəblərə dəstək var.

Daha əvvəl "Politico" xəbər vermişdi ki, ABŞ dövlət katibi Marko Rubio, demək olar ki, bütün xarici yardım proqramlarının maliyyələşdirilməsini dərhal 90 gün müddətinə dayandırmaq barədə göstəriş verib. Nəşrin məlumatına görə, Dövlət Departamentinin bütün əməkdaşlarına demək olar ki, bütün “mövcud xarici yardım qrantları” üzrə “işi dayandırmaq” əmri verilib, lakin sərəncamda istisnalar olub. Xüsusilə, İsrail və Misir üçün hərbi maliyyələşdirmə proqramları davam etdiriləcək.

Aytən Yaşar/ Turkustan.az

Chosen
14
5
turkustan.az

10Sources