EN

Tehran Ağ Evə “hazıram” mesajını göndərib

İranla ABŞ arasında nüvə danışıqlarının start götürməsi üçün bir sıra addımlar atılır. Tribunainfo.az xəbər verir ki, Davosda İran prezidentinin müşaviri Məhəmməd Cavad Zərifin keçirdiyi görüşlərlər yanaşı, Cenevrədə Aİ-İran danışıqları da bunu deməyə əsas verir.

SEPAH-a bağlı İLNA Agentliyi isə yazır ki, ABŞ hökuməti İranla nüvə proqramı ilə bağlı danışıqlar aparmağa hazır görünür. “Amma bunun üçün İranın da hansı mövqe tutduğu, buna hazır olduğunu görmək lazım gələcək”.

Qərbə bağlı “Axios” saytı isə qeyd edir ki, İran diplomatları Avropa təmsilçiləri ilə son görüşdə ABŞ-la yeni nüvə sazişi üzrə danışıqlar aparmağı təklif edib.

Chosen
15
22
tribunainfo.az

10Sources