Olaylar.az xəbər verir ki, Rusiya lideri Trampın belə bir addım atacağına şübhə etdiyini bildirib.
"Donald Tramp ağıllı və praqmatik insandır. Çətin ki, ABŞ-ın iqtisadiyyatına zərər vura biləcək qərarlar qəbul etsin", - Putin Moskva Dövlət Universitetinə səfərindən sonra jurnalistlərin suallarını cavablandırarkən deyib.
O, ABŞ iqtisadiyyatına mənfi təsir göstərə biləcək addımların atılmasının inandırıcı olmadığını vurğulayıb.
Xatırladaq ki, Tramp son açıqlamalarında Rusiyaya qarşı sanksiyalar tətbiq etmək niyyətində olmadığını, lakin Rusiya rəhbərliyinin Ukraynadakı münaqişəni tezliklə həll etmədiyi təqdirdə belə bir addımın qaçılmaz ola biləcəyini bildirmişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31