EN

Türkiyədə binanın çökməsi ilə bağlı 4 nəfər saxlanıldı


Türkiyənin Konya şəhərində 4 mərtəbəli yaşayış binasının çökməsi ilə bağlı 4 nəfər saxlanılıb.
Yeniavaz.com
TRT-yə istinadla xəbər verir ki, bu barədə Konya Respublika Baş Prokurorluğu məlumat yayıb.
“Konya vilayətinin Səlçuqlu rayonunda dördmərtəbəli binanın çökməsində günahkar bilinən 4 şübhəli şəxs saxlanılıb. Hadisə yerində ekspertlər və dövlət ittihamçılarının müşayiəti ilə ətraflı araşdırmalar davam edir", - məlumatda bildirilib.
Digər tərəfdən, Türkiyə Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD) hadisə yerinə axtarışlar üçün 200 nəfərlik canlı qüvvə cəlb edib.
Dağıntılar altında qalan 5 nəfərdən 3-ü sağ xilas edilib, digər 2 nəfərin xilas edilməsi üçün axtarış-xilasetmə işləri davam edir.
Qeyd edək ki, hadisə yanvarın 24-də baş verib. Binanın çökməsinin səbəbi məlum deyil.
Hadisə yerinə xilasedicilər, polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub.
Chosen
11
13
yeniavaz.com

10Sources