EN

Trampın israrları bitmir: Kanada 51-ci ştat olarsa...

ABŞ prezidenti Donald Tramp həyat yoldaşı Melaniya Trampla birlikdə keçən il Helene qasırğasından ciddi ziyan çəkən Şimali Karolina ştatına səfər edib.

Turkustan.az xəbər verir ki, səfəri çərçivəsində açıqlamalar verən Tramp Federal Fövqəladə Halların İdarə Olunması Agentliyini (FEMA) tənqid edib.

"FEMA bu işi bacarmadı və biz onu dəyişdirəcəyik."

Gələcəkdə federal hökumətin yerinə fəlakətdən xilasetmə işlərinə rəhbərlik edən əyalətlərə gətirib çıxaracaq addımlar atmağı düşündüyünü ifadə edən Tramp, "FEMA-nın bütün konsepsiyasını nəzərdən keçiririk"-deyə, bildirib.

ABŞ prezidenti Donald Tramp keçən il Helene qasırğasından ciddi ziyan görən Şimali Karolinaya səfəri zamanı Kanadanın bir əyalət olmaq arzusunu təkrarlayıb və “Belə olarsa, Kanada vətəndaşları böyük vergi güzəşti alacaq və siz qazanacaqsınız, narahat olmayın"-deyə, vurğulayıb.

Aytən Yaşar/ Turkustan.az

Chosen
5
50
turkustan.az

10Sources