EN

Kanada niyə ABŞ-nin olmalıdır? - Tramp açıqladı

Amerika prezidenti Donald Tramp Kanadanın niyə suveren ölkə ola bilməyəcəyi ilə bağlı açıqlama verib. 

"Unikal" TASS-a istinadən xəbər verir ki, Trampın sözlərinə görə, Kanada tamamilə ABŞ-dən asılıdır və buna görə də suveren dövlət ola bilməz.

Amerika lideri əlavə edib ki, Birləşmiş Ştatlar Kanadada hər il təxminən 250 milyard dollar itirir və Ağ Evin rəhbəri “bir gündə bunu dayandıra bilər”. Tramp vurğulayıb ki, bu hərəkətləri nəticəsində "Kanada müstəqil ölkə kimi mövcud olmayacaq".

Qeyd edək ki, Tramp Kanadanın ABŞ-yə birləşdirilməsini zəruri hesab edir. 

Chosen
16
50
unikal.az

10Sources