EN

FT: ABŞ xarici yardımların dayandırılmasına baxmayaraq Kiyevə hərbi dəstəyi davam etdirir

FT:

ABŞ, xarici yardım proqramlarının dayandırılması fonunda Kiyevə silah tədarükünü davam etdirir. “Ulusum”.az xəbər verir ki, bu barədə britaniyalı "Financial Times" qəzeti, Ukrayna mənbələrinə istinadən məlumat verir."Ukraynaya hərbi yardım dəyişməz qalır… Ən azından hazırda, və bu, heç şübhəsiz, həmin 90 günlük dayandırmadan kənarda qalır", - qəzetin mənbəsi bildirib.Yanvarın 25-də Rubio xarici ölkələrə maliyyə yardımı verən proqramların əksəriyyətini dayandırmağı əmr edib. Bundan əvvəl, Donald Tramp prezidentliyə başladığı ilk gündə bənzər bir fərman imzalayıb. Hər iki sənədin məzmunu o qədər genişdir ki, müxtəlif şəkildə şərh oluna bilər. Ukrayna dəstəksiz qala bilər, amma Kiyevdə artıq bu xəbərləri təkzib ediblər və Vaşinqtonla olan bütün razılaşmaların qüvvədə olduğunu bəyan ediblər.Bu arada, ABŞ diplomatik nümayəndələri, Ukrayna ilə əlaqəli proqramların 90 günlük xarici yardımların dayandırılmasından və ABŞ Dövlət Departamentinin "işlərin dayandırılması" barədə verdiyi fərmanlardan istisna olunmasını tələb ediblər.Səidə

Diqqət Çəkənlər

ABŞ-da kitabxanadan götürülmüş Ernest Heminqueyin əsəri 56 ildən sonra geri qaytarılıb

Xəzər dənizində zəlzələ olub

Florida sakininin heyvani məhsullarla bəslənməsi sağlamlıq problemlərinə yol açıb

Chosen
26
45
ulusum.az

10Sources