EN

ABŞ bütün xarici yardımları dayandırıb

ABŞ

ABŞ Dövlət Departamenti və ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən maliyyələşdirilən bütün xarici yardımlar nəzərdən keçirilməsi üçün dayandırılıb.

Reyting.az
xəbər verir ki, bununla bağlı ABŞ Dövlət Departamenti açıqlama yayıb.

Açıqlamada qeyd olunur ki, yardımların dayandırılması xarici yardım proqramlarının effektivliyini artırmaq və ABŞ-nın xarici siyasətinə uyğunluğunu qiymətləndirmək məqsədi daşıyır.

Bəyanatda yardımın nəzərdən keçirilməsi və tənzimlənməsinin “mənəvi öhdəlik” olduğu və xərclərin Amerika xalqına fayda verməli olduğu vurğulanıb.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp vəzifəsinin icrasına başladıqdan dərhal sonra - yanvarın 21-də xarici yardım haqqında sənəd imzalayıb. Sənəddə ABŞ-nın xarici inkişafa yardım proqramlarına cavabdeh olan bütün nazirlik və qurumların xarici ölkələrə ödənişləri azaldacağı və proqramın ABŞ-nın xarici siyasətinə uyğunluğunun qiymətləndirilməsi üçün 90 günlük yoxlama müddətinin başlandığı qeyd edilib.

Onu da qeyd edək ki, Birləşmiş Ştatların xarici inkişaf yardımı digər ölkələrə iqtisadi, sosial, texniki və humanitar yardımları əhatə edir.

V. QULİYEV
Chosen
17
45
reyting.az

10Sources