EN

Belarus MSK: Lukaşenkonun andiçmə mərasimi iki ay ərzində baş tuta bilər

Belarusun seçilmiş prezidenti Aleksandr Lukaşenkonun andiçmə mərasimi iki ay ərzində baş tuta bilər, lakin konkret tarixi o özü müəyyən edəcək.

Bu barədə RİA Novosti-yə Mərkəzi Seçki Komissiyasının rəhbəri İqor Karpenko bildirib.

“Qanunda iki ay vaxt ayrılıb, lakin (prezidentin rəsmi andiçmə tarixini təyin etmək) Mərkəzi Seçki Komissiyasının vəzifəsi deyil, (onu) seçilmiş dövlət başçısı müəyyən edəcək”, - o deyib.

Daha əvvəl Belarus Mərkəzi Seçki Komissiyası bildirib ki, seçicilərin 86,82%-i, yəni 5,13 milyondan çox insan Lukaşenkoya səs verib.

Rusiya prezidenti Vladimir Putin də Lukaşenkonu yenidən Belarus prezidenti seçilməsi münasibətilə təbrik edib.

Chosen
19
24
ikisahil.az

10Sources