Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin və Azərbaycanın Moskvadakı səfiri Rəhman Mustafayev Qazaxıstanın Aktau şəhərinin yaxınlığındakı təyyarə qəzasını müzakirə ediblər.
Publika.az xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.
Bildirilib ki, görüş zamanı xidməti araşdırmanın yekunlaşdırılması və nəticələrinin ictimaiyyətə çatdırılmasının zəruriliyi vurğulanıb.
Faciənin bütün hallarının aydınlaşdırılması üçün rəsmi araşdırmanın başa çatdırılması və onun nəticələrinin dərc edilməsinin zəruriliyi vurğulanıb.