EN

Bolqarıstan polisindən vəhşilik: 3 miqrant uşağı ölümə tərk ediblər

Yazını böyüt
Yazını kiçilt

No Name Kitchen (NNK) və Collettivo Rotte Balcaniche (CRB) qeyri-hökumət təşkilatları tərəfindən yeni dərc edilən “Dondurulmuş həyatlar” adlı hesabatda dekabrda Bolqarıstan-Türkiyə sərhədində 3 uşağın ölümü ilə bağlı təəccüblü iddialar irəli sürülüb.

Hafta.az-ın “The Guardian”a istinadən yazdığına görə, Bolqarıstan hakimiyyəti nə bu uşaqları xilas edib, nə də bunu etmələri üçün fəallara icazə verib.

Hesabatda çoxlu fotoşəkil və ifadələr yer alıb. Bolqarıstanın Burqas şəhərinin meşələrinə qeyri-qanuni yollarla gedib kömək istəyən misirli uşaqların ölümünün mühacirlərə qarşı amansızlığı ortaya çıxardığı bildirilib.

Son illər bu sərhəddə çox insan haqları pozuntularının baş verdiyi və sığınacaq üçün bölgəyə gedən insanların qeyri-qanuni yollarla Türkiyəyə geri göndərilməsinə cəhd edildiyi vurğulanıb.

NNK və CRB, dekabrın 27-də səhər saatlarında yardım təşkilatlarının birgə təcili telefon xəttinə edilən bildirişlə "qəfil ölüm riski" altında olan üç uşağın yerlərinin müəyyən edildiyini bildirdi. Fəallar rəsmi orqanlara zəng edərək uşaqlarla əlaqə saxlamağa çalışdıqlarını bildiriblər. Bolqarıstan sərhəd polisinin mülki şəxslərin xilasetmə cəhdlərinin qarşısını aldığı iddia edilib.

Daha sonra 17 yaşlı Əhməd Səmra, 16 yaşlı Əhməd əl-Avdan və 15 yaşlı Seyfullah əl-Baltacının cəsədləri tapılıb.

Səmranın cəsədinin ətrafında görünən it pəncəsi və çəkmə izləri ilə bağlı “Bu onu göstərir ki, sərhəd polisi onu ölü və ya diri tapıb soyuqda qoymağı seçib” deyilib.

Fəallar hadisə yerinə qayıdanda izlərin silindiyini görüblər.

Cəsədlərdən birinin heyvan tərəfindən qismən yeyildiyi aşkarlanıb.

“The Guardian” fəallardan birinin sözlərini sitat gətirir: "112-yə dəfələrlə edilən zənglərə baxmayaraq, üç uşağın meşədə donaraq ölməsi son dərəcə şokedicidir. Bu, təkcə Bolqarıstan polisi üçün deyil, həm də Aİ və ümumiyyətlə, hər kəs üçün böyük uğursuzluqdur".

Bölgədə fəaliyyətlərinin qarşısı uzun müddətdir alındığını bildirən qeyri-hökumət təşkilatları da avtomobillərindən birinin mühərrik və şüşələrinin sərhəd polisinin hücumuna məruz qaldığını iddia ediblər.

Xilasetmə qruplarından biri polisin onların telefonlarını, pasportlarını və barmaq izlərini götürdüyünü, bir qadın fəalın isə polis bölməsində soyunaraq axtarıldığı bildirilib.

Bolqarıstan Daxili İşlər Nazirliyi bu iddiaları rədd edərək, dərhal üç uşağı tapmaq üçün qrupların təyin edildiyini, lakin cəsədlərin bildirilən yerlərdən fərqli yerlərdə tapıldığını iddia edib.

Bəyanatda sərhəd polisinin hər kəsə layiqli davrandığı bildirilib.

Chosen
7
23
hafta.az

10Sources