EN

“İlham Əliyevin qlobal arenadakı nüfuzu kifayət qədər yüksəkdir, bunu Davos bir daha göstərdi” – Ramin Əhmədov

“1971-ci ildən etibarən hər il sistematik şəkildə təşkil olunan Davos İqtisadi Forumu bu dəfə də Azərbaycan üçün yaddaqalan oldu. Cənab Prezident bu dəfə də müxtəlif ölkələrin liderləri və nəhəng şirkətlərin rəhbərləri ilə görüşərək həm qlobal, həm regional əhəmiyyətli, həm də bilavasitə ölkəmiz üçün aktual olan məsələlər barədə müzakirələr apardı. Burada diqqət yetirməli olduğumuz əsas məqamlardan biri görüşlərin məhz qarşı tərəfin təşəbbüsü ilə keçirilməsidir. Bu da onu sübut edir ki, Azərbaycan liderinin qlobal arenadakı nüfuzu kifayət qədər yüksəkdir”. 

Missiya.Az xəbər verir ki, bunu Türk Ağsaqqalları İctimai Birliyi – TAİB-in təsisçisi, Missiya Media Qrupunun rəhbəri Ramin Əhmədov özünün facebook səhifəsində paylaşıb. 

Ramin Əhmədov qeyd edib ki, fərqli coğrafiyaları təmsil edən dövlət başçılarının İlham Əliyevlə görüşə təşəbbüs göstərməsi liderimizin hətta münaqişədə olan ölkələri uzlaşdırmaq potensialına malik olduğunu göstərir. Yəni fakt odur ki, İlham Əliyevə inanır, ona güvənir, ədalətli və tərəfsiz mövqeyinin qlobal müstəvidə yeni-yeni əməkdaşlıqların, transmilli layihələrin ərsəyə gəlməsinə töhfə verəcəyinə şübhə etmirlər: 

“Prezident İlham Əliyev Davos İqtisadi Forumu çərçivəsində dünya liderləri və aparıcı şirkət rəhbərləri ilə görüşlər keçirməklə yanaşı, eyni zamanda Forum çərçivəsində panellərə qatılır, sualları cavablandırır, ziddiyyətli sayılan məsələlərə aydınlıq gətirir. Prezidentimiz bu dəfə də sıx qrafiklə çalışdı. O, çıxışlarında Azərbaycanın bugünkü iqtisadi, siyasi mənzərəsini dünyanın gözü önünə gətirə, anti-Azərbaycan qüvvələrinin apardığı iyrənc kampaniyaları alt-üst edərək, real Azərbaycanın şəklini dəqiqliklə çəkə bildi və həmişə olduğu kimi bütün dünyaya əməkdaşlıq əlini uzatdı,” – deyə TAİB təsisçisi vurğulayıb. 

ElcanMissiya.Az

Chosen
19
50
missiya.az

10Sources