EN

Lukaşenko: Belarusda prezident seçkiləri Qərbin gözlədiyi şoklar olmadan keçdi

Belarus lideri Aleksandr Lukaşenko bildirib ki, Belarusda prezident seçkiləri sakit və yüksək təşkilati səviyyədə, Qərbdə gözlənilən sarsıntılar olmadan keçib.

O, bu barədə Pan-Afrika Parlamentinin nümayəndə heyəti ilə görüşdə bildirib.

BELTA Lukaşenkonun sözlərindən sitat gətirib : “Seçkilər yüksək təşkilati səviyyədə və bəzilərinin gözlədiyi kimi, heç bir sarsıntı olmadan keçdi”.

O əlavə edib ki, seçkilər ölkənin sakit ritmini pozmayıb.

Bundan əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Belarusda keçirilən prezident seçkilərini şəffaf və legitim adlandırıb.

DOĞRU.AZ

Chosen
10
dogru.az

1Sources