ABŞ prezidenti Donald Tramp bir sıra malların idxalına rüsumlar tətbiq edəcəyini və yerli istehsala vergilərin azaldılmasını vəd edib.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
“Biz bu vacib məhsulların istehsalını Birləşmiş Ştatlara qaytarmaq üçün tezliklə xaricdə istehsal olunan kompüter çiplərinə, yarımkeçiricilərə və əczaçılıq məhsullarına tariflər tətbiq edəcəyik”-Tramp Mayamidəki Doral kurortunda Nümayəndələr Palatasının üzvlüəri ilə keçirdiyi görüşdə belə deyib.
Trampın yarımkeçiricilərə rüsumlar barədə açıqlaması ABŞ-ın çip istehsalçısı “Nvidia”-nın Çinin süni intellekt modeli “DeepSeek”-in istifadəyə verilməsi səbəbindən 600 milyard dollar itirməsindən sonraya təsadüf edir.
Tramp deyib ki, əgər biznes yüksək tariflər ödəmək istəmirsə, Amerikada zavod tikməlidir.