EN

20 ildə AAYDA-nın neçə kilometr yeni yol çəkdiyi  AÇIQLANIB

Son 20 ildə yol təsərrüfatının inkişafı ilə bağlı qəbul edilmiş proqramlar çərçivəsində aparılan uğurlu islahatlar nəticəsində Azərbaycan yol infrastrukturunun keyfiyyəti reytinqində MDB dövlətləri arasında 1-ci yerdə, dünyanın 140 ölkəsi arasında isə 27-ci yerdə qərarlaşmağa müvəffəq olub.

“İki sahil” xəbər verir ki, bununla bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Dövlət başçısının müvafiq Sərəncamlarına uyğun olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2004-2024-cü illər ərzində ölkədə 6593,7 km Respublika əhəmiyyətli, 11643,6 km Yerli əhəmiyyətli, 2529,8 km Bakı şəhər yolları olmaqla 20 767,1 km uzunluğunda yeni yollar tikilmiş, yenidən qurulmuş və təmir edilmişdir.

"Dövlət başçısının imzaladığı Sərəncamlara uyğun olaraq, yol-nəqliyyat infrastrukturunun beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində aparılan kompleks tədbirlər nəticəsində həm ölkə əhəmiyyətli, həm də şəhər, rayon, qəsəbə və kənddaxili yollar müasir səviyyədə yenidən qurulur. Sözsüz ki, bu da öz növbəsində, rahat gediş-gəlişi təmin etmək, yük və sərnişin daşınmasını asanlaşdırmaqla vətəndaşların həyat şəraitini daha da yaxşılaşdırır", - deyə AAYDA-dan bildirilib.

Chosen
15
3
ikisahil.az

10Sources