EN

ABŞ ordusunda transgender siyasəti: Trampın yeni addımları - ÖZƏL

Olaylar.az xəbər verir ki, ABŞ-də Donald Trampın yenidən prezident seçilməsindən sonra transgenderlərin orduya qəbulu və gender siyasəti ciddi dəyişikliklərə məruz qalıb. Tramp rəsmi olaraq transgender fərdlərin hərbi xidmətdə olmasını qadağan edib və gender müxtəlifliyi ilə bağlı proqramları ləğv edib. Yeni müdafiə naziri Pite Hegset də bu siyasəti gücləndirərək, Pentaqonun gender bərabərliyi və inklüzivlik prinsiplərini dəstəkləmədiyini bildirib.

Trampın qərarlarına əsasən, transgender hərbçilər ordudan uzaqlaşdırılacaq və gender keçid prosedurlarına dövlət vəsaiti ayrılmayacaq. Onun siyasətinin əksinə, əvvəlki administrasiyalar-xüsusilə Obama və Bayden dövrlərində-transgender fərdlərə hərbi xidmətdə daha geniş imkanlar verilmişdi. Bayden administrasiyası hətta cinsiyyət dəyişdirmə əməliyyatlarının Pentaqon tərəfindən maliyyələşdirilməsini təsdiqləmişdi.

Tramp və tərəfdarları transgender siyasətinin ABŞ ordusunun döyüş qabiliyyətinə mənfi təsir etdiyini iddia edirlər. Onların fikrincə, bu yanaşma hərbi xidmətə marağın azalmasına və orduda nizam-intizamın zəifləməsinə səbəb olub. Digər tərəfdən, tənqidçilər Trampın yeni qərarlarını diskriminasiya kimi qiymətləndirir və bunun insan hüquqlarına zidd olduğunu bildirirlər.

Bu qərarlar ABŞ ordusunda gender siyasətinin növbəti illərdə necə formalaşacağını sual altında qoyur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
18
16
olaylar.az

10Sources