Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Aydın Quliyev deyib.
"Bu gün ABŞ və Rusiya münasibətlərinin istiləşməsini düşünən insanların sayı daha azdır. Əksinə münasibətlərin uzun müddət belə qala biləcəyi və gərginləşəcəyi ilə bağlı proqnozlar həqiqəti daha çox əks etdirir. Trampın verdiyi qərarlardan görünür ki, Amerika indiyə qədər tutduğu mövqelərdən əl çəkməyəcək. Amerikanın indiyə qədər tutduğu mövqelərdə möhkəmlənmək şərti ilə daha çox maliyyə qazanmaq siyasəti yürüdüləcək. Bu da onu deməyə əsas verir ki, Rusiya ilə xüsusilə Ukrayna məsələsində geri çəkilmə özünü göstərməyəcək".
O bildirib ki, Trampın artıq bir sıra bəyənatları gələcəyə optimist baxmağa imkan vermir:
"Rusiya tərəfdən görüşmək haqqında mesajlar görsək də, Amerikadan daha çox hədələyici mesajlar görürük. Bəyənatlar göstərir ki, Rusiya ilə münasibətlərin yaxşılaşması üçün Ukraynadakı mövqelərindən geri çəkilməyəcək, Rusiya qısa müddətdə atəşkəs sazişi imzalamasa, böyük problemlər ortaya çıxacaq. Ukraynada atəşkəs imzalanmasa, Rusiya dünya iqtisadiyyatından kəsilib atıla bilər. Önümüzdəki dönəmdə münasibətlər yumşalmayacaq, hətta indikindən daha gərgin hal ala bilər".
Əfsanə Kamal
Demokrat.az
10Sources
-
report.azAli Radanın komitə sədri Ukraynada xarici qoşunların yerləşdirilməsi şərtlərini açıqlayıb ( 15134355)
-
konkret.az150 kilodan 68 kiloya düşmək mümkündür? – SİRLƏR AÇILDI ( 15122151)
-
milli.az150 kilodan 68 kiloya düşmək mümkündür? - SİRLƏR AÇILDI ( 15121743)
-
onn.az150 kilodan 68 kiloya düşmək mümkündür? - SİRLƏR AÇILDI ( 15121163)
-
bolge.tv150 kilodan 68 kiloya düşmək mümkündür? - SİRLƏR AÇILDI ( 15121149)
-
publika.az150 kilodan 68 kiloya düşmək mümkündür? ( 15119903)
-
demokrat.azPolitoloq: "Trampın bəyənatları gələcəyə optimist baxmağa imkan vermir" ( 15095247)
-
bizim.mediaSosial şəbəkələrdə yeni FIRILDAQÇILIQ – Digər şəxslərin “WhatsApp” mesajlarını izləmək MÜMKÜNDÜR? ( 15080375)
-
news24.azQaymoritin ev şəraitində müalicəsi mümkündür? - Həkim açıqladı ( 15057961)
-
baki-xeber.comRusiya XİN Ukraynada müharibənin 100 günə bitəcəyinə inamı itirir... ( 15037301)