EN

Beynəlxalq Kollegial Proqramlaşdırma Müsabiqəsinin final mərhələsi Azərbaycanda keçirilə bilər

Bakı, 28 yanvar, AZƏRTAC

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov Beynəlxalq Kollegial Proqramlaşdırma Müsabiqəsi Fondunun prezidenti və Beynəlxalq Kollegial Proqramlaşdırma Müsabiqəsinin icraçı direktoru Vilyam Pauçer ilə görüşüb.

AMB-dan AZƏRTAC-a bildirilib ki, görüş çərçivəsində tərəflər arasında əməkdaşlığın genişləndirilməsi perspektivləri və gələcəkdə Beynəlxalq Kollegial Proqramlaşdırma Müsabiqəsinin final mərhələsinin Azərbaycanda keçirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Chosen
18
50
azertag.az

10Sources