İsrailin Qəzza Zolağındakı hücumları səbəbindən cənuba köçməyə məcbur olan 300 mindən çox fələstinli atəşkəs razılaşmasından sonra şimala öz evlərinə qayıdıb.
Bakıvaxtı.az bu barədə xarici mediaya istinadla xəbər verir.
Məlumata görə, Qəzza hökumətinin mətbuat ofisinin açıqlamasına görə, cənub və mərkəzi bölgələrdən çıxan fələstinlilər Rəşid və Salahəddin küçələri vasitəsilə Qəzzə şəhərinə və şimala doğru hərəkət edib.
Evlərinə qayıdanlardan biri, Om Məhəmməd, "Evimə dönəcəyim üçün çox xoşbəxtəm. Bu hiss hər şeyə dəyər", deyə bildirib. 15 aydan sonra ailəsini görəcəyini deyən Səfaa Əhməd isə, "Ailəmlə yenidən bir araya gəlmək mənim üçün ən böyük xoşbəxtlikdir" ifadələrini işlədib.
Nuriyyə Musayeva