EN

Xərçəngə tutulma riski doğuşdan əvvəl başlayır? - ARAŞDIRMA

Xərçəngə tutulma riski

Alimlər siçanlar üzərində apardıqları araşdırmada epigenetik faktorların prenatal dövrdə xərçəngə tutulma riskini müəyyən edə biləcəyini aşkar ediblər.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, araşdırmalar, xərçəngə tutulma riskinin prenatal dövrdə formalaşa biləcəyini ortaya qoydu.

Van Andel İnstitutunun alimləri tərəfindən aparılan araşdırmada xərçəng riskini təyin etmək üçün epigenetik faktorlar araşdırılıb. Siçanlar üzərində aparılan araşdırmada orqanizmlərin xərçəngin necə və nə vaxt inkişaf etməsinə təsir edən iki fərqli epigenetik vəziyyət müəyyən edilib.

Tədqiqat nəticələrinə görə, bu iki epigenetik vəziyyətdən biri xərçəng riskinin aşağı olması, digəri isə daha yüksək xərçəng riski deməkdir. Bundan əlavə, müəyyən edilmişdir ki, bu epigenetik faktorlar təkcə risk səviyyəsini deyil, həm də mümkün xərçəng növünü proqnozlaşdıra bilir.

Körpə siçanlarda aparılan araşdırmalar göstərdi ki, bu epigenetik vəziyyətlər leykemiya və lenfoma kimi qan xərçəngləri və ya ağciyər və prostat xərçəngi kimi digər növlərlə əlaqələndirilir. Tədqiqat, xərçəng riskinin prenatal dövrdə formalaşa biləcəyinə dair əhəmiyyətli tapıntılar təqdim edir.

Tərcümə: Könül Oruc

E-saglam.az


Chosen
9
15
e-saglam.az

10Sources