EN

Kişi "Telegram"da tanış olduğu özündən 9 yaş böyük qadına dəhşət yaşatdı — VİDEO

"Telegram"da tanış olduğu qadınla cinsi əlaqədən sonra onu öldürməyə cəhd edən şəxsə hökm oxunub.

Nizami Rayon Prokurorluğunda xuliqanlıq məqsədilə qəsdən adam öldürməyə cəhd maddəsi ilə cinayət işi başlanılan hadisə 2021-ci il iyulun 16-da qeydə alınıb. Çox sayda bıçaq xəsarəti ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılan 1988-ci il təvəllüdlü şərti adı Gülnar Ağayeva olan qadının həyatını həkimlər xilas edə biliblər. 1997-ci təvəllüdlü şərti adı Bəhmən Quliyev olan şəxs Nizami Rayon Polis İdarəsinə gələrək, sözügedən cinayəti törətdiyini etiraf edib. Anket məlumatlarına əsasən, o, Rusiyanın Tümen vilayətində anadan olub, əvvəllər məhkumluq həyatı yaşamayıb.

İstintaqla müəyyən edilib ki, iyulun 16-da saat 17 radələrində şərti adı Bəhmən Quliyev olan şəxs "Telegram"dan tanış olduğu qadının kirayədə yaşadığı evə gəlib. Onunla cinsi əlaqədə olduqdan sonra qadın aralarında yaranan narazılığa görə təkrar cinsi əlaqədə olmaqdan imtina edib və ondan çıxıb getməsini tələb edib. Bunu bəhanə edən Bəhmən Quliyev onu öldürmək qərarına gəlib. Bu məqsədlə mətbəxdən götürdüyü bıçaqla mənzilin dəhlizində Gülnar Ağayevanın bədəninin müxtəlif nahiyələrinə 9 bıçaq zərbəsi vurub. Zərərçəkən müqavimət göstərərək giriş qapısından bloka çıxıb, qonşuları köməyə çağırıb.

Bunu görən Bəhmən Quliyev pəncərədən tullanaraq, hadisə yerindən qaçıb. Təcili Tibbi Yardım briqadası tərəfindən vaxtında xəstəxanaya çatdırılan Gülnar Ağayevanın həyatını xilas etmək mümkün olub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Bəhmən Quliyev xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməyə cəhd və qəsdən adam öldürməyə cəhd maddələri ilə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 il müddətinə azadlıqdan məhrum olunub.

Daha ətraflı Baku TV-nin süjetində:
 
Chosen
2425
16
demokrat.az

10Sources