EN

Putin Ukraynada münaqişəsinin nə vaxt bitə biləcəyini AÇIQLADI

  Qərb Ukraynaya silah tədarükünü dayandırsa, Ukraynadakı döyüşlər cəmi bir neçə aya bitəcək".

Referans.az xəbər verir ki, bu barədə o, jurnalist Pavel Zarubinə müsahibəsində bildirib.

“Sponsorluq pulu və sursat qurtararsa, hər şey bir ay yarımdan iki aya qədər bitəcək”, - putin deyib.

Rusiya lideri onu da əlavə edib ki, 2022-ci ildə məhz Qərb ölkələri Kiyev hakimiyyətini sülhlə razılaşmaqdansa, hərbi əməliyyatları davam etdirməyə inandırıblar.

Rusiya Federasiyasının prezidenti əlavə edib ki, əgər Ukraynanın Qərb sponsorlarının sülhə nail olmaq arzusu varsa, deməli, buna gedən yol çox sadədir. Putin həmçinin bildirib ki, o, bir dəfə Baydenə münaqişənin həlli üçün “uyğun siqnallar” göndərib.

Yanvarın 23-də ABŞ prezidenti Donald Tramp Ukrayna ilə müharibəyə son qoymaq üçün mümkün qədər tez Rusiya pPrezidenti Vladimir Putinlə görüşmək istədiyini bildirib. Onun sözlərinə görə, Kiyev artıq sülh sazişi bağlamağa hazırdır və Moskva dialoqdan imtina edərsə, yeni sanksiyalarla üzləşə bilər./publika.az  

Chosen
17
50
referans.az

10Sources