EN

Şok OLAY: Gəlini qızı çıxdı

Çinin Tszyansu əyalətinin Suçjou şəhərində keçirilən toy mərasimi film ssenarisini xatırladan hadisə ilə sosial mediada trend mövzusuna çevrilib. 

Milli.Az xəbər verir ki, şənliklər qızışarkən bəyin anası gəlinində bir detal görüb və şoka düşüb.

Toy zamanı bir detalı görəndə çox həyəcanlanan və təəccüblənən qayınana gəlinin ailəsinə üz tutaraq bu sualı verib: "Bu qızı övladlığa götürmüsünüz?". 

Gəlinin ailəsi bu sualdan məəttəl qalıb. Əvvəlcə susub, daha sonra etiraf gəlib: "Bəli" deyə cavab veriblər.

Məlum olub ki, illər əvvəl yol kənarında atılmış körpə tapıb, heç kimə demədən övladlığa götürüblər.

Qadının diqqətini çəkdiyi detal gəlinin əlindəki doğum ləkəsi olub. Qaynananın göz yaşları içində qucaqladığı gəlinin öz qızı olduğu üzə çıxıb.

Bu gözlənilməz hadisənin bəyi narahat edən bir ölçüsü də olub. Bəyin və gəlinin bacı-qardaş olma ehtimalı hər kəsin ağlına gələn ilk sual olub. Ancaq burada hekayə fərqli bir istiqamət alıb. Məlum olub ki, bəyi gənc yaşda övladlığa götürüblər. Beləliklə, bu vəziyyət cütlüyün bioloji qan qohumluğunun olmadığını göstərib. /News24.az 

Milli.Az 

Chosen
10
2
milli.az

10Sources