EN

İtaliya parlamenti Ukraynaya hərbi yardımın davam etdirilməsi haqqında fərmanı təsdiqləyib

İtaliya parlamentinin Aşağı palatası Ukraynaya hərbi yardımın 2025-ci il dekabrın 31-dək uzadılması haqqında fərmanı təsdiqləyib.

"Report"un ANSA agentliyinə istinadən verdiyi məlumata görə, fərman artıq Yuxarı palatada (Senatda) təsdiqlənib.

Hökumətin qərarının lehinə təkcə hakim koalisiyadan deyil, bəzi müxalifət partiyalarından, o cümlədən ən böyük Demokrat Partiyasından da olmaqla ümumilikdə 192 deputat səs verib. Uzun müddətdir Kiyevə silah tədarükünün dayandırılmasını müdafiə edən “Beş ulduz” Hərəkatı, Yaşıllar və Solçular Alyansının 41 deputatı sənədin əleyhinə səs verib.

Ukraynaya silah göndərilməsi barədə qərar ilk dəfə 2022-ci ilin martında, parlamentin və fərqli hökumətin əvvəlki çağırışı zamanı, demək olar, yekdilliklə təsdiqlənib. 2022-ci ilin payızında keçirilən seçkilərdən sonra yeni çoxluğa əsaslanan yeni parlament silah tədarükünün davam etdirildiyini təsdiqləyib. Bütün bu müddət ərzində Roma siyahısı məxfi olan doqquz hərbi yardım paketi formalaşdırıb.

İtaliyanın müdafiə naziri Quido Krozetto hərbi yardımın uzadılmasına dair fərmanı təqdim edərək, 10-cu paketə ehtiyac olmayacağına ümidini ifadə edib.

Chosen
13
50
report.az

10Sources