ABŞ-nin "İnter Mayami" klubunun futbolçusu Lionel Messi Barselona həyatı üçün darıxdığı üçün müqaviləsini yeniləməyə tələsmir.
Teleqraf.com "Relevo"ya istinadən xəbər verir ki, argentinalı hücumçu İspaniyanın Barselona şəhərini öz evi hesab edir və karyerasını bitirdikdən sonra orada yaşamaq niyyətindədir. 37 yaşlı oyunçunun ailəsi də Kataloniyanın paytaxtına qayıtmaq istəyir.
Messinin "İnter Mayami" ilə müqaviləsi 2025-ci ilin sonuna qədər nəzərdə tutulub.
Qeyd edək ki, Lionel Messi 2000 - 2021-ci illərdə "Barselona"da olub. Bu müddət ərzində o, əsas komanda ilə 778 oyun keçirib, 672 qol vurub və 303 məhsuldar ötürmə edib.
Müəllif: Royal Həsənov