EN

Məntəqə sədri: Vətəndaşlar seçki prosesində aktivlik göstərir

Vətəndaşlar seçki prosesində aktivlik göstərir.

Bunu "Report"a açıqlamasında 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 3 saylı seçki məntəqəsinin sədri Aidə Quliyeva deyib.

O bildirib ki, məntəqədə 1 405 seçici var: "Ümumilikdə 34 namizəd 19 yer üzərində mübarizə aparır. Vətəndaşlarımız da yetərincə aktiv şəkildə prosesdə iştirak edirlər".

Məntəqə sədri qeyd edib ki, hələlik səyyar seçki qutusu üçün müraciət edən olmayıb:

"Ola bilər ki, gün ərzində üçün müraciət olsun. Müraciət etməyimizə baxmayaraq, evdə səs vermək istəyən seçici yoxdur. Çünki onlar gəlib məntəqədə səs vermə hüququndan istifadə etməyi seçirlər".

Chosen
5
21
report.az

10Sources