EN

“Lukoil”-un neft anbarı vuruldu - VİDEO

Rusiyanın Nijni Novqorod vilayətinin Kstovo şəhərindəki “Lukoyl” neft anbarına PUA hücumu baş verib. 

“AzPolitika” xəbər verir ki, “RBC-Ukrayna”nın öz mənbələrinə istinadla verdiyi məlumata görə, Kstovo sakinləri sosial şəbəkələrdə müəssisədə üç partlayış barədə məlumat yaysalar da, əslində neft bazasının ərazisində dörd partlayış olub.

Hücum nəticəsində neft anbarına xeyli ziyan dəyib. Ukrayna dronları artıq ötən ilin martında bu neft emalı zavoduna hücum etmişdilər.

Kstovoda "Lukoyl-Nijeqorodnefteorqsintez" neft emalı zavodu, onun yanındakı sənaye zonasında isə kimya zavodları və istilik elektrik stansiyası var. Zavod ildə 15 milyon tondan çox xam neft emal etməklə hasilatın həcminə görə Rusiyada dördüncü ən böyük neft emalı zavodudur.

“AzPolitika.info”

Chosen
3
9
azpolitika.info

10Sources