1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Üç ölkənin xarici işlər, iqtisadiyyat/ticarət və nəqliyyat nazirlərinin üçtərəfli üçüncü görüşü Azərbaycanda keçiriləcək.
Oxu.Az-ın verdiyi məlumata görə, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada Azərbaycan və Özbəkistandan olan həmkarları ilə birgə mətbuat konfransında deyib.
O, həm Azərbaycan, həm də Özbəkistanla olan münasibətlərin mükəmməl səviyyədə olduğunu vurğulayıb.
"Bu üçtərəfli iclaslar vasitəsilə biz regionun inkişafına töhfə verəcəyik. Bu formatın növbəti iclasına qardaş Azərbaycan ev sahibliyi edəcək", - deyə nazir vurğulayıb.