EN

Kristofor Kolumbun mənşəyi yeni suallar doğurur

Kristofor

Tarixçilər uzun illər Kristofer Kolumbun doğma şəhərinin İtaliyanın Genuya şəhəri olduğunu qəbul edirdilər. Lakin yeni DNT araşdırmaları fərqli nəticələr ortaya qoyub, “Ulusum”.az-ın məlumatina görə, bu barədə Science Alert (SciAlert) portalı xəbər verir.Alimlər onun oğlu Ferdinand və qardaşı Diego Kolumbun genetik materialını araşdıraraq Y-xromosoma və mitoxondrial DNT-nin ispaniyalı və ya yəhudi mənşəyinə uyğun gəldiyini müəyyən ediblər.Kolumbun gizli yəhudi olduğu ehtimalı əvvəllər də müzakirə olunurdu. Onun qeyri-adi vəsiyyətnaməsi və məktublarının strukturu, həmçinin XV əsrdə İspaniyada yəhudilərə qarşı təzyiqlər bu versiyanı gücləndirir.Bununla belə, alimlər hələ də Kolumbun genuyalı olmadığını tam sübut edə bilmirlər. XV əsrdə İspaniyadan sürgün edilən yəhudilər arasında Genuyaya sığınmaq istəyənlər çox idi, lakin bunu bacaranlar az idi.İspaniyanın Milli Toksikologiya və Məhkəmə Tibbi İnstitutunun keçmiş rəhbəri Antonio Alyonso, bu kəşflərin dəqiq sübutlarla təqdim olunmadığını və onların müstəqil yoxlanılmasının çətin olduğunu bildirib.Bütün hallarda, Kolumbun etnik mənşəyindən asılı olmayaraq, o, tarixin ən mühüm dənizçilərindən biri olaraq qalır və irsi hələ də mübahisələrə səbəb olur.Səidə

Diqqət Çəkənlər

Araşdırma: Oleanol turşusu kimyaterapiyanın effektivliyini artırır

Hindistanlı qadın mobil telefonu udaraq həyatını itirib

Bu gün Azərbaycanda bələdiyyə seçkiləri keçirilir

Chosen
15
48
ulusum.az

10Sources