EN

"Çalışacağaq ki, daha yuxarı pillələrdə qərarlaşaq" - Julio Romao

"Qarabağ" sabah Avropa Liqasının əsas mərhələsinin 8-ci turu çərçivəsində "Olimpiakos"u qəbul edəcək.

"Football-plus.az" xəbər verir ki, Ağdam təmsilçisinin futbolçusu Julio Romao oyunöncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

- Oyunun taleyini müəyyən detallar həll edəcək. Rəqib turnir cədvəlində yaxşı mövqedə qərarlaşıb. Onlar növbəti mərhələyə yüksəlmək üçün mübarizə aparır. Bizim vəziyyətimiz isə yaxşı deyil. Aşağı pillələrdə olsaq da, vəziyyəti yaxşılaşdırmaq üçün əlimizdən gələni edəcəyik.

- Turnir cədvəli baxımından sabahkı oyunun önəmi yoxdu. Siz və komanda yoldaşlarınız motivasiyanı nədə tapırsız?
- Bizim üçün hər oyun önəmlidi. Hər matça müsbət nəticə qazanmaq üçün çıxırıq. Bu baxımdan sabahkı oyun da istisna deyil. Çalışacağaq ki, daha yuxarı pillələrdə qərarlaşaq.

- "Qarabağ"ın turnir cədvəlindəki yeri ədalətlidi? 
- Məncə, ədalətlidi. Çünki futbolda, ümumiyyətlə, idmanda rəqibə səni yaralamağa şərait yaradırsansa, bunu edəcəklər. Bəli, "Qarabağ" bir çox oyunda yaxşı oyun nümayiş etdirib. Bəlkə də, layiq olmadığımız məğlubiyyətləri aldıq. Sabah sonuncu oyundu. Turniri layiqli bitirmək üçün əlimizdən gələni edəcəyik. 

- "Olimpiakos"un hansı oyunçularını xüsusi qeyd edə bilərsiz?
- Əyub Əl-Kaabini deyə bilərəm. Çox ağıllı oyunçudu. Digəri Rodineydi. Onu braziliyalı olduğu və "Flamenqo"da oynadığı üçün tanıyıram.

Chosen
13
2
football-plus.az

3Sources