EN

Təyyarə qəzasında çaydan 18 nəfərin cəsədi çıxarıldı: Sağ qalanlar var - YENİLƏNİB - VİDEO

Xəbər verdiyimiz kimi, Vaşinqtonda Bombardier CRJ700 təyyarəsi eniş edərkən hərbi helikopterlə toqquşub və Potomak çayına düşüb.

Bizim.Media CBS telekanalına istinadən xəbər verir ki, Vaşinqtonda sərnişin təyyarəsinin hərbi helikopterə çırpıldığı çaydan 18 nəfərin cəsədi çıxarılıb.

ABŞ prezidenti Donald Tramp Vaşinqtonda baş verən təyyarə qəzasını faciəvi qəza kimi qiymətləndirib.

Məlumata görə, insident Bakı vaxtı ilə saat 06:00-da baş verib, təyyarə Kanzas ştatının Viçita şəhərindən 5342 saylı reyslə uçurdu. Qəza fəaliyyətini müvəqqəti dayandıran Ronald Reyqan Beynəlxalq Hava Limanı yaxınlığında baş verib.

Aviaşirkətdən verilən məlumata görə, Vaşinqtonda qəzaya uğrayan təyyarənin göyərtəsində 64 nəfər, o cümlədən 60 sərnişin və 4 ekipaj üzvü olub.

NBC xəbər verir ki, ən azı dörd nəfər Vaşinqton səmasında qəzaya uğrayan təyyarədən sağ çıxıb və xəstəxanaya yerləşdirilib.

Vaşinqton səmasında sərnişin təyyarəsi ilə toqquşan Black Hawk helikopterinin təlim uçuşu etdiyi bildirilir.

FTB Vaşinqtonda təyyarə ilə helikopterin toqquşması nəticəsində terror aktı ola biləcəyini istisna edib.

***08:50

Reyqan Hava limanı yaxınlığında təyyarə ilə helikopterin toqquşması nəticəsində hələ ki sağ kiminsə tapılmadığı bildirilir.

Bizim.Media xəbər verir ki, bu barədə paytaxt Vaşinqtondan rəsmi şəxs “Washington Post”a açıqlayıb.

Vəziyyətlə bağlı danışmaq səlahiyyəti olmadığı üçün adının açıqlanmasını istəməyən rəsmi bildirib ki, xilasedicilər cəsədləri sudan çıxarıb və onları “ Frederik Duqlas” xatirə körpüsü yaxınlığındakı polis departamentinin hava dəstəyi bazasına gətirirlər.

O, dəqiq sayı açıqlamayıb. Rəsmi şəxs qeyd edib ki, yerli vaxtla saat 22:30-a olan məlumata əsasən uğurlu xilasetmə işi baş tutmayıb, yəni sağ heç kim tapılmayıb.


Bizim.Media

Chosen
14
50
bizim.media

10Sources