EN

Fevralda başlamışdı, martda bitə bilər … – Müharibənin gedişatında ŞOK DÖNÜŞ

Kreml lideri Zelenskini qanuni prezident saymır və atəşkəs danışıqlarında Ali Radanı legitim orqan hesab edir; Rusiyanın mövqeyi müharibənin uzanmasını qaçılmaz edir

“Zelenski Rusiya ilə danışıqlarda iştirak edə bilər, lakin qeyri-legitim olduğu üçün heç bir sənəd imzalaya bilməz”. Bunu yanvarın 28-də Rusiya prezidenti Vladimir Putin “Moskva. Kreml. Putin” verilişinin müəllifi və aparıcısı Pavel Zarubinə müsahibəsində deyib.

Onun sözlərinə görə, Rusiya Ukrayna ilə danışıqlara xüsusi hərbi əməliyyat başlayandan dərhal sonra başlayıb. Putin bildirib ki, o zaman söhbət Ukrayna qoşunlarının Donbasdan çıxmasından gedirdi. Rusiya prezidenti qeyd edib ki, 2022-ci ilin yazında İstanbulda müzakirə edilən saziş layihəsi Ukraynanın təklifləri əsasında hazırlanıb. “2022-ci ilin yazında Avropa liderləri Rusiyanı “ciddi qan tökülməsinin, bir növ ciddi müharibənin” qarşısını almaq üçün Kiyevdən qoşunları çıxarmağa razı salıblar. İstanbulda müzakirə edilən saziş layihəsi Kiyev yaxınlığında Rusiya qoşunlarının olmadığı vaxt hazırlanıb. Bunun əksini iddia etmək ciddi deyil”, – Putin bildirib.

Putin bildirib ki, Zelenski ilə 2022-ci ilin aprelində görüşməyə razılaşıb, lakin Kiyev fasilə götürüb və razılaşmanı pozub. Rusiya prezidenti Zelenskini yenə qeyri-legitim adlandırıb. Vurğulayıb ki, o, Ukrayna adından Rusiya ilə müqavilə imzalaya bilməz: “Rusiya – Ukrayna danışıqları, əgər indi başlasaydı, qeyri-legitim olardı. Rusiya israr edir ki, Moskva ilə müqavilə imzalayacaq Kiyev nümayəndələri tam legitim olsun. Bunu hüquqşünaslar yoxlamalıdırlar. Zelenski qeyri-legitimliyinə görə Rusiya ilə danışıqlara qoyulan qadağanı aradan qaldıra bilməz, lakin bunu Ali Radanın sədri edə bilər”. Putin əlavə edib ki, Qərbin Kiyevə dəstəyi olmadan Ukrayna münaqişəsi tez bitə bilər: “Sponsor pulu və patronlar tükənərsə, xüsusi hərbi əməliyyat bir ay yarıma, iki aya bitə bilər. Bu mənada Ukraynanın suverenliyi demək olar ki, sıfıra bərabərdir. Qərbin sülhə nail olmaq istəyi varsa, Zelenskinin qadağasını aradan qaldırmağın yolları tapılacaq”.

“Putin bir daha təsdiqlədi ki, danışıqlardan qorxur, güclü liderlərdən qorxur və müharibəni uzatmaq üçün hər şeyi edir. Onun atdığı hər addım və bütün kinli hiylələri müharibəni sonsuz etmək məqsədi daşıyır”. Ukrayna prezidenti Vladimir Zelenski belə deyib. “Biz indi görürük ki, real sülhə nail olmaq üçün imkan var, ancaq Putin hər şeyi edir ki, ya sülh əvəzinə geniş miqyasda öldürməyə davam etsin, ya da sonradan hibrid zərbələr endirmək üçün fasilə əldə etsin, yeni genişmiqyaslı işğal hazırlasın”, – o əlavə edib.

ABŞ-ın digər ölkələrə yardımı dayandırması Ukraynaya hərbi və iqtisadi dəstəyin dayandırılmasına səbəb olub. “Vaşinqton Post” ABŞ Konqresindəki mənbəyə istinadla məlumat yayıb. “Görünür, fərman Ukraynaya hərbi maliyyənin ayrılmasını dayandırıb”, – mənbə bildirib. Ukraynalı məmurlardan biri isə nəşrə açıqlamasında deyib ki, ABŞ-dan büdcə yardımı gəlməyə davam edir.

Ümumiyyətlə, Ukrayna Konstitusiyasının və Ukrayna cəmiyyətinin legitimliyini tam tanıdığı Zelenski hakimiyyətini danışıqlardan kənarda qoymaq cəhdinə siyasi cığallıqdan, mənasız bəhanədən başqa ad vermək mümkün deyil. O da aydındır ki, bu bəhanə aradan qaldırılsa belə, Kreml yeni bəhanələr uyduracaq. Trampa gəlincə, Kremlin bu oyunlarını o da anlamamış deyil. Lakin onun Rusiyaya real təsir rıçaqları elə də çox deyil. Özü də Tramp Baydendən daha çox Putinin nüvə hədələrindən qorxurmuş kimi görünür və buna görə də Baydendən fərqli olaraq, üçüncü dünya müharibəsi təhlükəsindən daha tez-tez danışır. Ona görə də Trampın Putinin yola gəlməyəcəyi təqdirdə “hirslənib” Ukraynaya saysız-hesabsız silah, hərbi yardım göstərəcəyi barədə deyilənlər ciddi təsir bağışlamır.

Fuad Əliyev səs verib səsvermə hüququndan istifadə edib

Siyasi ekspert Fuad Əliyevin sözlərinə görə, Zelenski Rusiyanın gələcək prezidenti ilə dialoq quracağını bəyan edib. Onun fikrincə, bu maksimalist və populist mövqe hazırda danışıqlar aparmaq fürsətini tormozlayır. Ekspert Zelenskinin daha bir çıxışını yada salaraq bildirir ki, Ukrayna lideri Trampa eyham vuraraq ölkəsinin adından Rusiya ilə danışıqlar aparmağa heç kəsə mandat verilmədiyini söyləyib: “Bu bəyanatlar Zelenskinin işini çətinləşdirir. Sözsüz ki, son həftələrdə ritorikası yumşalıb və Putin Rusiyası ilə danışıqları mümkün sayır. Lakin indi də başqa vəziyyət yaranıb – Putin onu legitim prezident hesab etmir və Ali Radanın Moskva ilə danışıqlara qoyulan vetonu ləğv etməyə çağırır. Ali Radada isə iqtidar deputatları üstündür və Zelenskinin əleyhinə çətin ki, getsinlər. Bax, belə bir mürəkkəb şəraitdə tərəflərin konfliktin həlli ilə bağlı bir araya gəlməsi hələ də qeyri-mümkün görünür”.

F.Əliyev martda müharibənin dayanmasını gözləmir: “Putin Qərbdən Kiyevə bağlı öhdəliklər tələb edir. Buna da razı olmayacaqlar. Ona görə 1-2 ayın içərisində döyüşlər dayanmayacaq. Rusiya prezidenti ABŞ lideri Trampla danışmağa hazır olduğunu bəyan etməklə əslində münaqişənin bu iki supergüc arasında getdiyini təsdiqləyir. Yəni Ukraynanın rəyini gözləmir, onu idarə edən ABŞ-la müzakirə aparır. Bu da proksi müharibənin təsdiqidir. Biz geopolitik qarşıdurmaya şahidik. Bu strateji rəqabətdə kimin üstün olacağını söyləmək çətindir. Təbii ki, Rusiyanın itkiləri var, amma birləşmiş Qərb onu diz çökdürə bilmədi. Bunun da bir sıra səbəblərini sadalamaq olar”.

Ekspert hesab edir ki, əvvəla rus ordusunun canlı qüvvə problemi yoxdur, ikincisi, hərbi texnika sarıdan dəstək gəldi, Çin, İran, Şimali Koreya münaqişədə dolayısı ilə iştirak edirlər, üçüncüsü, sanksiyalardan yayınmaq, alternativ bazarlar tapmaq, BRİKS platforması qurmaq imkanı əldə etdi: “Eyni zamanda Qərb sanksiyalar məsələsində öldürücü olmadı və gizli bir alış-veriş getdi. Ukraynaya verilən maliyyə və hərbi dəstək isə yetərli olmadı, xəsis şəkildə çatdırıldı, gecikmələr təsir göstərdi, əks-hücum əməliyyatları uğurlu olmadı. Ona görə də torpaqların Rusiyanın nəzarəti altında qalması şərti ilə atəşkəsə getməkdən başqa yol qalmayıb. Ukraynanın həmin əraziləri geri qaytarmaq üçün potensialı yoxdur. Putin bu reallıqları görür və şərtlərini diqtə edir. İndi Kiyevin və Vaşinqtonun bu təkliflərə rəyini gözləmək qalır”.“Yeni Müsavat”

Chosen
8
8
moderator.az

10Sources