EN

“Su şəbəkəsinə qoşulma” üzrə islahatların və yeni tariflərin təqdimatı keçirilib - FOTOLAR

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) rəhbərliyi ilə həyata keçirilən "Su şəbəkələrinə qoşulma" işçi qrupu çərçivəsində biznes nümayəndələri və digər maraqlı tərəflərin iştirakı ilə görüş keçirilib.Missiya.Az xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının nümayəndələri , Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin məsul vəzifəli şəxsləri, işçi qrupuna üzv olan digər aidiyyəti qurumların nümayəndələri , “Caspian Enerji Club”un üzvləri , sahibkarlar , qeyri-hökumət təşkilatları , müstəqil ekspertlər və media nümyəndələri iştirak ediblər.Komisssiya Katibliyinin rəhbəri Vüsal Şıxəliyev çıxış edərək su şəbəkələrinə qoşulma sahəsində islahatların və yeni tariflərin əhəmiyyətini vurğulayıb və yeniliklərin biznes mühitinə müsbət təsirini qeyd edib.ADSEA-nın sədrinin müavini İlham Bayramov "Su şəbəkəsinə qoşulma" ilə bağlı cari il ərzində görülmüş işlər və əsas nailiyyətlər haqqında danışıb. Habelə, “Bizness Ready” layihəsinin ölkəmizin biznes və investisiya mühitinə qiymətini, islahatların formalaşmasına mühüm rolunu və sahibkarlara dövlət dəstəyini vurğulayıb.İşçi qrupunun rəhbəri, ADSEA-nın sədrinin müşaviri Etibar Məmmədov çıxış üçün söz alaraq gündəliyə uyğun olaraq su şəbəkəsinə qoşulma üzrə "Bir-pəncərə" sisteminin tam işə düşməsi, qoşulma üzrə prosedurların və vaxtın, eləcə də xərclərin minimuma endirilməsi, 2024-cü il Yol Xəritəsində nəzərdə tutulan tədbirlərin icra vəziyyətinin müzakirəsi və əsas nailiyyətlər, qoşulma üzrə rəy verən qurumlar arasında koordinasiya və yeni tariflərin təsdiqi ilə bağlı işləri müzakirə edib. Dünya Bankı Qrupunun “Business Ready” layihəsinin "Kommunal xidmətlərə “Su şəbəkəsinə qoşulma” indikatoru ilə bağlı 2025-ci il üzrə Yol Xəritəsinin ilkin layihəsi nəzərdən keçirilib.

Zərintac MayisqızıMissiya.Az

Chosen
4
18
missiya.az

10Sources