“Napoli”nin və Gürcüstan millisinin hücumçusu Xviça Kvaratsxeliya “Əl-Nəsr”in portuqal ulduzu və kapitanı Kristiano Ronaldo haqda danışıb.
Arena.az gürcü futbolçunun bu barədə fikrini təqdim edir:
“AÇ-2024-də Portuqaliya yığması ilə oyun ən vacib idi. Uşaqlıqdan izlədiyim və ilahlaşdırdığım bir oyunçuya qarşı oynayırdım. Oyundan əvvəl öz-özümə dedim: “Bu, mənim ulduz saatımdır”. Bunu meydanda göstərməli olduğumu bilirdim. Kumirinizə qarşı oynamaq böyük ilham mənbəyidir”, deyə “Kvara” bildirib.
Xviça Kvaratsxeliya 2022-ci ilin iyulundan “Napoli”də çıxış edir. Neapol təmsilçisi gürcü cinah hücumçusunu 13,3 milyon avro məbləğ müqabilində Batumi “Dinamo”sundan öz heyətinə qatıb. Xviçanın İtaliya klubu ilə müaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövümdə “Kvara” 14 oyun keçirib, 5 qol vurub və 2 məhsuldar ötürmə verib.
Kvaratsxeliyanın “Napoli”də çıxışının ümumi mənzərəsi isə 102 oyun, 30 qol və 28 məhsuldar ötürmədən ibarətdir.
“Kvara” “Napoli” ilə 2022/2023-cü illər mövsümü İtaliya A Seriyasının qalibi olub.
Xviça Kvaratsxeliya 2019-cu ilin iyununda debüt etdiyi Gürcüstan yığmasının heyətində 36 oyuna 17 qol vurub, 9 məhsuldar ötürmə verib.
Gürcü futbolçu klub karyerası ərzində “Dinamo” (Batumi), “Rubin” (Kazan), “Lokomotiv” (Moskva), “Rustavi” və “Dinamo” (Tiflis) komandalarında oynayıb.
“Transfermarkt” internet-portalı 23 yaşlı gürcü cinah hücumçusunun transfer dəyərini 80 milyon avro məbləğində qiymətləndirir.
Xatırladaq ki, Xviçanın atası Badri Kvaratsxeliya vaxtilə Azərbaycanın “Kəpəz” və “Şəmkir” komandalarında çıxış edib. Badri Kvaratsxeliya həm də Azərbaycan milli komandasının uğurları üçün çalışıb.