29.12.2024-cü il tarixdə 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin təşəbbüsü ilə "Yaşıl Dünya Naminə Həmrəylik İli" çərçivəsində İdarə əməkdaşlarının, Bərdə Rayon İcra Hakimiyyətinin, 13 sayli RMTM-nin və Bərdə rayonu ərazisində fəaliyyət göstərən digər idarə, müəssisə və təşkilatların nümayəndələrinin iştiraki ilə 13 sayli RMTM-nin Aslan-Eyricə meşəbəyliyinin ərazisində əkin üçün hazırlanmış torpaq sahəsində ağac əkmə aksiyasi keçirilmişdir.
Ekologiya.az bildirir ki, aksiya çərçivəsində eldar şamı və şərq çinari cinsinə mənsub ümumilikdə 160 ədəd ağac tingləri əkilib.