Bələdiyyə seçkilərində iştirak etmək üçün 16174 namizəd qeydə alınıb.
Herbiand.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.
MSK sədri bildirib ki, onlardan 23-ü siyasi partiyadan olan 8429 nəfərdir.
Qeyd edək ki, bələdiyyə seçkiləri yanvarın 29-da keçiriləcək.