RU

Koreya prezidentinin həbs orderinin müddəti uzadıldı

Cənubi Koreya məhkəməsi prezident Yun Sok-Yolun həbsinə dair orderin müddətini uzadıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “Yonhap” xəbər agentliyi məlumat yayıb.

Buna səbəb, bir neçə gün əvvəl dövlət başçısının həbs orderinin icrasının uğursuzluqla nəticələnməsi olub.

Belə ki, keçən həftə Seul məhkəməsi Cənubi Koreyada hərbi vəziyyətin tətbiqi qərarına görə fəaliyyəti müvəqqəti dayandırılmış Prezident Yun Seok-Yeolun həbsinə qərar verib.

Daha sonra Korrupsiyaya Qarşı Mübarizə üzrə Baş İdarədən olan müstəntiqlər Yun Sok-Yolun iqamətgahına daxil olmağa çalışsa da, prezidentin təhlükəsizlik işçiləri buna icazə verməyib.


Müəllif: Ceyhun Ağazadə
Избранный
38
30
teleqraf.com

10Источники