RU

Vüsal İsgəndərli Türkiyədə növbəti oyununa çıxdı

Azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin çıxış etdiyi "Boluspor" Türkiyə kubokunda ilk oyununu keçirib.

Bizim.Media xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçinin komandası səfərdə Arda Turanın çalışdırdığı "Eyüpspor"la qarşılaşıb.
 

Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Vüsal həmin oyuna start heyətdə başlayıb və 90 dəqiqə meydanda olub. 


"Eyüpspor"un qələbə qolunu isə matçın 70-ci dəqiqəsində Ahmed Kutucu vurub.

Qeyd edək ki, "Boluspor" turnir cədvəlində 6 komanda arasında sonuncu yerdə qərarlaşıb.

Bizim.Media

Избранный
11
29
bizim.media

10Источники