RU

ABŞ “terrorçuluğu dəstəkləyən ölkələr” siyahısından bu ölkəni çıxarıb

ABŞ rəhbərliyi 2021-ci ildə Donald Tramp administrasiyasının son həftəsində “terrora dəstək verən ölkələr” siyahısına əlavə etdiyi Kubanı bu siyahıdan çıxarmağa qərar verib.

AzPost xəbər verir ki, Ağ Evdən verilən açıqlamada, Konqresə göndərilən rəsmi bildirişə əsasən, Kubanın “terrora dəstək verən ölkələr” siyahısından çıxarılacağı bildirilib.

Müvafiq olaraq, Kuba 2021-ci ildə həbsdə olan “siyasi məhbuslar”ın azadlığa buraxılması müqabilində siyahıdan çıxarılacaq.

Mövzu ilə bağlı brifinqində prosesi dəyərləndirən yüksək səviyyəli ABŞ rəsmisi Kubanın terroru dəstəklədiyinə dair əhəmiyyətli bir dəlil olmadığını və bu ölkənin Kolumbiyadakı sülh danışıqlarına çox müsbət töhfələr verdiyini bildirib.

Bildirilib ki, ABŞ administrasiyasının bildirişini nəzərdən keçirmək səlahiyyətinə malik olan Konqresin bu qərarın qarşısını almaq üçün hər hansı addım atacağı gözlənilmir.

Kuba rəsmən siyahıdan çıxarıldıqdan sonra Şimali Koreya, İran və Suriya siyahıda qalacaq.

Qeyd edək ki, ABŞ-ın keçmiş prezidenti Barak Obama 2015-ci il mayın 29-da Kubanı terrorizmi dəstəkləyən ölkələr siyahısından çıxarıb. Daha sonra vəzifəyə başlayan Tramp administrasiyası 2021-ci ilin yanvarında səlahiyyət müddətinin son həftəsində Kubanı yenidən bu siyahıya əlavə edib.

Избранный
4
3
azpost.info

6Источники