Ukrayna prezidenti Volodimir Zelenski deyib ki, danışıqlar başlamazdan əvvəl Kiyev təhlükəsizlik zəmanəti almalıdır.
Qaziler.az xəbər verir ki, onun sözlərini Polşanın “Onet” nəşri paylaşıb.
“Hər hansı danışıqlara başlamazdan əvvəl nə baş verməlidir? Ukrayna təhlükəsizlik zəmanəti almalıdır", - Ukrayna prezidenti qeyd edib.
O izah edib ki, Kiyev NATO-nun harada olacağını, müttəfiqlərin maliyyə və hərbi dəstəyinin qalıb-qalmayacağını bilməlidir, çünki əks halda Ukrayna yalnız özünə güvənməli olacaq.
QAZİLER.AZ