RU

Zelenski müharibənin ötən il Ukraynaya vurduğu ziyanı açıqladı

Ukrayna prezidenti Volodimir Zelenski Böyük Britaniyanın baş naziri Kir Starmerlə birgə mətbuat konfransı zamanı deyib ki, hərbi münaqişə 2024-cü ildə Kiyevə 100 milyard dollardan çox ziyan vurub.

"Unikal" xarici mediaya istinadən xəbər verir ki, Zelenskinin sözlərinə görə, Kiyev ABŞ və Avropa İttifaqının dəstəyini itirə bilməz, lakin Ukraynanın töhfəsini də nəzərdən qaçırmaq olmaz.

“2024-cü il müharibəsi Ukraynaya müdafiə qüvvələrini təmin etmək baxımından 100 milyard dollardan çox baha başa gəldi ki, bunun da 40 milyardı Ukraynanın, 35 milyard dolları ABŞ-ın, 25 milyardı isə Avropanın payıdır”, - deyə Zelenski bildirib.

Избранный
3
1
unikal.az

10Источники