"Mançester Siti" Frankfurt "Ayntraxt"ının hücumçusu Omar Marmuşla müqavilə imzalayıb.
Publika.az xəbər verir ki, tərəflər arasında 5 il müddətinə müqavilə bağlanıb. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
İngilərə mətbuatında "Siti"nin bu keçid üçün qarşı tərəfə 60 milyon avro ödəyəcəyi iddia olunur.
Misirli hazırda 15 qol və 9 məhsuldar ötürmə ilə Bundesliqada ikinci ən çox qol vuran oyunçudur. O, "Bayern"in hücumçusu Harri Keyndən 1 qol geri qalır.