Rusiya və İran prezidentləri Vladimir Putin və Məsud Pezeşkian arasında görüş başlayıb.
Axar.az xəbər verir ki, bu barədə "Azad İran" Teleqram kanalı məlumat yayıb.
Məlumata görə, Rusiya Prezidenti Vladimir Putinlə görüş zamanı bildirib ki, İran və Rusiya arasında hərtərəfli strateji əməkdaşlıq sazişinin imzalanması M.Pezeşkian və nümayəndə heyətinin Moskvaya səfərinin əsas məqsədlərindəndir.
"Biz Hərtərəfli Strateji Tərəfdaşlıq Haqqında Müqavilə imzalayacağıq. Çoxdandır ki, bu sənədin üzərində işləyirdik. Çox şadam ki, bunu bitirdik. Əminəm ki, bu sənəd bizim ticarət-iqtisadi münasibətlərimizə müsbət təsir edəcək", - deyə V.Putin bildirib.