RU

Trampın inaqurasiyadan sonra görəcəyi ilk iş açıqlandı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



ABŞ prezidenti Donald Trampın administrasiyası yanvarın 21-də, onun andiçmə mərasimindən bir gün sonra Çikaqoda genişmiqyaslı immiqrasiya reydinin keçirilməsini planlaşdırır.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "Wall Street Journal" dörd mənbəyə istinadən xəbər verib.
Bildirilir ki, antiimmiqrasiya reydi bütün həftə davam edəcək. Reydin keçirilməsi üçün ABŞ-nin İmmiqrasiya və Gömrük Polisi 100-200 əməkdaş cəlb edəcək.
Reydin hədəfi təqib üçün çox ciddi olmayan sürücülük qaydalarını və digər qanunları pozan cinayət keçmişi olan qeyri-qanuni miqrantlar olacaq.
Nyu-York Miqrasiya Tədqiqatları Mərkəzinin qiymətləndirməsinə görə, ABŞ-də ən çox qeyri-qanuni miqrant Kaliforniya ştatında yaşayır (2022-ci ildə 2.2 milyon). Onun ardınca Texas (1.8 milyon), Florida (936 min), Nyu-York (672 min), Nyu-Cersi (495 min) və İllinoys (429 min) gəlir.
Daxili Təhlükəsizlik Nazirliyinin hesablamalarına görə, 2022-ci ildə qeyri-qanuni miqrantların təxminən yarısı (11 milyondan 4.8 milyonu) ABŞ-yə Meksikadan gəlib. Liderlər arasında, həmçinin, Qvatemala, Salvador və Honduras var. Nazirliyin məlumatına görə, 2022-ci ildə qeyri-qanuni gələnlərin əksəriyyəti (11 milyondan 8.7 milyonu) 18-54 yaş arasında olub.
Избранный
5
1
oxu.az

10Источники