RU

Türkiyədən Rusiyaya avtomobil ixracı azalıb (ÖZƏL)

Bakı, TurkicWorld

2024-cü ilin yanvar – dekabr aylarında Türkiyənin Rusiyaya avtomobil ixracı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 16,4 faiz azalaraq, 829 milyon 331 min 86 dollara bərabər olub.

Bu barədə TurkicWorld -a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“2024-cü ilin dekabr ayında Türkiyə Rusiyaya 42 milyon 990 min 57 dollar məbləğində avtomobil ixrac edib ki, bu da 2023-cü ilin dekabr ayı ilə müqayisədə 52,4 faiz azalaraq” – deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-dekabr aylarında Türkiyənin avtomobil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6,3 faiz artaraq, 37 milyard 211 milyon 661 min dollara bərabər olub.

“2024-cü ilin dekabr ayında Türkiyə 3 milyard 487 milyon 428 min dollar məbləğində avtomobil ixrac edib ki, bu da 2023-cü ilin dekabr ayı ilə müqayisədə 10 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, 2024-cü ilin son 12 ayı ərzində (dekabr 2023-dekabr 2024) Türkiyə 37 milyard 211 milyon 661 min dollar məbləğində avtomobil ixrac edib.

Избранный
12
49
turkic.world

10Источники