RU

ABŞ-nin ən təhlükəli şəhərləri hansılardır?

"Yahoo" şirkəti ABŞ-ın ən təhlükəli şəhərlərinin siyahısını dərc edib.

Yenisabah.az xəbər verir ki, bu “şərəfli” siyahının birincisi Tennessi ştatının Memfis şəhəridir.

Məqalənin müəllifi Lindsi Palsın sözlərinə görə, Memfis ABŞ-da ən təhlükəli şəhər kimi tanınır, zorakılıq və mülkiyyət cinayətlərinin səviyyəsi ölkə üzrə orta göstəricini üstələyir.

Burada cinayətin qurbanı olmaq şansı onda birdir.

Şübhəsiz ki, şəhərin mehriban ab-havası və sərfəli mənzil qiymətləri ailələri cəlb edir, lakin siyahının müəllifinin fikrincə, bu, çətin ki, gecələr sağlam yatmağa kömək etsin.

"Yahoo" şirkəti ABŞ-ın ikinci ən təhlükəli şəhəri Missuri ştatının Sent-Luis şəhəri seçilib.

Sent-Luisdə cinayət nisbəti heyrətamizdir - hər 1000 sakinə 87 cinayət.

Siyahıda üçüncü ən təhlükəli şəhər Miçiqan ştatının Detroyt şəhəridir.

İqtisadi tənəzzül, avtomobil sənayesindəki problemlər və 2013-cü ildəki iflas şəhərə ağır zərbə vurub və əhalinin sayı kəskin şəkildə azaldıb. Bu şəhərdə hər 1000 sakinə 66 cinayət düşürvə avtomobil qaçırma şansı 65-də 1-dir.

Müəllifin fikrincə, bir qədər az təhlükəli şəhərlər siyahısına Alabama ştatında Birmingem, Arkanzasda Littl Rok, Luizianada Yeni Orlean, Ohayoda Klivlend, Missuridə Kanzas Siti, Cənubi Karolinada Mayrtl Biç və Koloradoda Denver də daxildir.


Telegram kanalımız
Избранный
12
50
yenisabah.az

10Источники