Bakı. Trend:
Xaçmaz rayonunda 20 Yanvar faciəsi qurbanlarının 35-ci ildönümüdərin ehtiramla yad edilib.
Trend xəbər verir ki,tədbirdə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev,yerli hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri,qazilər və ictimaiyyət nümayəndələri iştirak edib.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Xaçmazşəhərindəki Şəhidlər Xiyabanında “Əbədi məşəl” abidə-kompleksiönünə əklil qoyub.
Tədbir iştirakçıları vətənimizin azadlığı uğrunda canından keçənqəhrəman oğul və qızlarımızın xatirəsini ehtiramla yad edib,xaçmazlı şəhidlərin eləcədə 20 Yanvar şəhidi Zahid Abdullayevinxatirə lövhəsi önünə tər qərənfillər düzüb. Milli Qəhrəman YavərŞahbazovun büstü ziyarət olunub.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev şəhid ailələrisöhbət edib, qayğıları ilə maraqlanıb. Bildirib ki, 20 Yanvarfaciəsi təkcə ümumxalq hüzn günü kimi deyil, eyni zamanda, özazadlığına və müstəqilliyinə can atan xalqımızın mübarizliyini,məğrurluğunu nümayiş etdirən qəhrəmanlıq tarixi kimi qeydolunur.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyiilə qəhrəman Azərbaycan Ordusunun qazandığı tarixi Qələbəxalqımızın milli azadlıq və dövlətçilik arzularını tamreallaşdırıb.
Saat 12:00-da Yanvar faciəsi şəhidlərinin, eləcə də Azərbaycanınərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əzizxatirəsi bir dəqiqəlik sükutla yad edilib. Rayon ərazisindəavtomobillərin hərəkəti dayandırılıb.