RU

Yasamal rayon ictimaiyyəti 20 yanvar şəhidlərini yad edir

Yasamal Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının birgə təşkilatçılığı ilə 20 Yanvar-Ümumxalq Hüzn Gününə həsr olunmuş “Unutmadıq, unutmarıq!” adlı tədbir keçirilib.Tədbirdə Yasamal Rayon İcra Hakimiyyətinin Başçısı Elşad Həsənov ,YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Milli Məclisinin deputatları Anar İsgəndərov, Göydəniz Qəhrəmanov, Bakı Biznes Universitetinin rektoru İbad Abbasov, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirin rəsmi hissəsindən öncə tədbir iştirakçıları tərəfindən Yasamal rayonu ərazisində yerləşən Şəhidlərin Xatirə Kompleksi ziyarət olunub, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirələri anılıb. Sonra YAP Yasamal rayon təşkilatının inzibati binasında yerləşən ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzülüb, xatirəsi dərin ehtiramla yad edilib. Sonra 20 Yanvar-Ümumxalq Hüzn Günü ilə əlaqədar olaraq təşkil edilmiş rəsm sərgisinə baxış keçirilib.
Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Sonra müasir, müstəqil Azərbaycan Respublikasının banisi ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü uğrunda canından keçən və 20 yanvar şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.20 Yanvar-Ümumxalq Hüzn Gününə həsr olunmuş video çarx nümayiş etdirilib.
Çıxış edən Milli Məclisinin deputatı Anar İsgəndərov, Bakı Biznes Universitetinin rektoru İbad Abbasov qeyd ediblər ki, Azərbaycan xalqının yaddaşına əbədi həkk olunmuş 1990-cı ilin qanlı 20 Yanvar facisəindən artıq 35 il ötür. 35 il keçsə də törədilən bu vəhşilik öz tarixi mahiyyətini itirmir. Tədbirdə 4 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təqdimatında bədii hissə nümayiş olunub. Sonda xatirə fotoları çəkdirilib.
20 yanvar faciəsinin 35-cü ildönümü ilə əlaqədar paytaxtn 20 yanvar dairəsində 20 yanvar şəhidlərinin xatirəsinə ucaldılmış abidə kompleksinin önündə Yasamal rayon İcra Hakimiyyətinin, idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə anım mərasimi keçirilib.Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənovun rəhbərliyi ilə millət vəkilləri, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, ziyalılar və şəhid ailələri 20 yanvar abidə kompleksinə gələrək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyünün müdafiəsi uğrunda mübarizədə həyatlarını fəda etmiş vətən övladlarını təcəssüm etdirən kompleksin önünə tər qərənfillər düzmüş, şəhidlərimizin xatirəsinə ehtiramlarını bildirmişlər.Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət himni səsləndirilib.
Daha sonra Yasamal rayon İcra Hakimiyyəti başçısı aparatının kollektivi Şəhidlər xiyabanını ziyarət edib. Vətənin azadlığı, müstəqilliyi uğrunda şəhid olmuş vətəndaşlarımızın xatirəsini hörmət və ehtiramla yad edib, məzarları üzərinə gül dəstələri qoyublar.
Избранный
41
50
xalq.az

10Источники